Bakı 9 gün necə bayram etdi?
ANS PRESS-in məlumatına görə, Novruz bayramı münasibətilə ölkədə 9 gün qeyri-iş günü oldu və ölkə əhalisi bundan istifadə edib asudə vaxtını səmərəli qeyd etdi. Bayram günlərində Bakı bulvarı həmişə fərqli görünür və insanlar mənalı istirahət üçün bu məkana üstünlük verirlər. Azərbaycanın əsas parkında səhərçağı səssizlik hökm sürür, sanki yalnız dəniz dil açır. Günortaya doğru burada hərəkətlilik tədricən artır. Axşama doğru isə bulvarın sayrışan işıqları, səslənən həzin musiqi, istirahət edənlərin səsi ilə çuğlaşması insanda lirik duyğular yaradır, dünyanın ən xoşbəx sakini hissi oyadır.
Sakinlərin səhər tezdən gecəyarısınadək şəhər gəzintisi, paytaxtın müxtəlif yerlərində ucaldılan yaraşıqlı binalardan gözoxşayan, ətrafa nur saçan işıq mənzərələri seyr etməsi də yadda qalan məqamdır. Möhtəşəm görkəm alan doğma Bakımızın səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığını izləmək isə başqa aləm, baçqa ovqatdır.
Sərnişinləri mənzil başına çatdırmaq üçün paytaxt küçələrində şütüyən müasir, geniştutumlu avtobuslar, bahalı avtomobillərin təmirli, rənglənmiş zolaqlı yollarda hərəkət etməsi, müxtəlif formalı, xüsusi dizayn və arxitektura üslubunda ucaldılan, yaxud müasir üzlüklərlə avropalaşan, şərqləşən binalar, ictimai obyektlər paytaxtın görməli və gəzməli yerləri ilə tanış olan ölkə vətəndaşlarında və şəhərimizə gələn qonaqlarda təbii ki, xoş təəssürat yaratmaya bilməz.
Ümumiyyətlə, son zamanlar dövlət tərəfindən paytaxtın, eləcə də regionların abadlaşdırılmasına kifayət qədər diqqət göstərilir, bunun üçün vəsait ayrılır, əhalinin rifahının yüksəldilməsi üçün mühüm addımlar atılır. Davranışları, zahiri görünüşləri, sifətlərindəki təbəssüm, əhval-ruhiyyəsi xoş olan paytaxt sakinləri bunu yüksək dəyərləndirirlər.
Onlar deyirlər ki, Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər uzadılması layihəsinin uğurla icra olunması Bakının simasını tamamilə dəyişib. Şəhər sakinlərinin və eləcə də paytaxtımıza gələn qonaqların asudə vaxtlarını səmərəli təşkili üçün burada ən yeni infrastruktur yaradılıb, müasir tələblərə cavab verən yeni-yeni müxtəlif xidmət və iaşə obyektləri tikilib istifadəyə verilib. İndi Bakı Bulvarı özünəməxsus gözəlliyi ilə turistlərin diqqətini cəlb edir. Ərazidə uşaqların və yeniyetmələrin əyləncəsini təşkil etmək üçün də gözəl şərait mövcuddur.
Ağ Şəhər bulvarı isə Dənizkənarı Milli Parka daha da rövnəq verir. Burada dənizkənarı piyada yolları salınır, yaşıllıq zonaları yaradılır, sahilbərkitmə işləri aparılır. İnsanların təhlükəsizliyini və hərəkətin rahatlığını təmin etmək üçün piyada keçidləri tikilir. Bu nəhəng istirahət mərkəzi sürətlə genişlənən və müasirləşən Bakının ümumi mənzərəsini daha da gözəlləşdirəcək, paytaxtın ən gözəl yerlərindən birinə çevriləcək.
Günbəgün simasını dəyişən, gözəlləşən paytaxtımızın sakinləri iki aydan sonra daha bir möhtəşəm bayramın sevincini yaşayacaq. Bakıda bu il iyunun 12-dən 26-dək ilk dəfə Avropa Oyunları keçiriləcək. Bu, tarixi hadisə olmaqla yanaşı, insnaların xatirəsində geniş iz buraxacaq. Avropa məkanında və ölkəmizin tarixində baş tutacaq Birinci Avropa Oyunlarına ev sahibliyi etmək sakinlər üçün əsl bayram əhval-ruhiyyəsi yaradacaq, idmansevərlər bu yarışları böyük coşqu və həvəslə izləyəcəklər. Bu beynəlxalq idman yarışında bizləri sevinc hissinə boğacaq amil Azərbaycan idmançılarının uğurlu çıxışları, üçrəngli bayrağımızın daha çox ucaya qalxması və himnimizin səslənməsi olacaq.
Avropa Oyunların Azərbaycan üçün sonrakı faydaları da böyük olacaq. Oyunların təşkili ilə əlaqədar infrastrukturun, turizm xidmətinin yaxşılaşdırılması işində 10 minlərlə yeni iş yerləri açılıb. Yarışlar başa çatdıqdan sonra tikilən qurğuların, obyektlərin, stadionların, arenaların ölkəmizin idman infrastrukturunun genişləndirilməsi ilə yanaşı, gələcək çempionların yetişməsində mühüm rol oynayacaq. Belə mühüm qərarlar qəbul edilməsəydi, təbii ki, beynəlxalq səviyyəli qurğuların ölkədə tikilməsi heç vaxt mümkün olmayacaqdı. İndi bu obyektlər paytaxtımız üçün qalacaq, həm paytaxta xüsusu gözəllik verəcək, həm abad ölkələr siyahısnda yer almağımıza, həm də respublikamızın dünya idman reytinqində irəliləməsinə təsir göstərəcək.
Digər tərəfdən, tikilib istifadəyə verilən idman qurğularından gənc nəsil səmərəli yararlanacaq. Lakin burada əsas məsələ odur ki, bu obyektlərin qapıları yeniyetmələrin üzünə açıq olsun, bağlı qalmasın. Təbii ki, bağlı qalarsa, bunun mənası və əhəmiyyəti olmayacaq. Ancaq açıq, burada xidmətlər pulsuz, yaxud ucuz qiymətə olarsa, yeni idman bumu yaranacaq, yeni idmançılar ordusu meydana gələcək. Bu isə, yeni çempionlar, dünya areanalarında Azərbaycan bayrağının daha çox dalğalanması deməkdir.
Unutmayaq ki, hər dəfə Azərbaycanda böyük beynəlxalq tədbirlər keçirilən zaman bədxah xarici qüvvələr ölkəmizə qarşı təxribat işləri görürlər. Amma sonrakı proseslər göstərib ki, Azərbaycana qarşı təxribatlar, düşmənçilik niyyətləri həmişə uğursuzluqla nəticələnir.
Bütün manelərə rəğmən Azərbaycan bu il Avropa Oyunlarına uğurla ev sahibliyi edəcək. Biz hamımız bundan qürur hissi duymalıyıq. Bu, Azərbaycan üçün tarixi şansdır. Çünki Oyunlar keçirilən müddətdə dünyanın nəzəri Azərbaycana yönələcək. Azərbaycana minlərlə turist gələcək. Onlar iki həftə ərzində Azərbaycanla, ölkənin mədəniyyəti və iqtisadiyyatı ilə daha yaxından tanış olacaqlar.
Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sosial ödəniş alanların nəzərinə
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10