"Barselona”nın yarımmüdafiəçisi Xavi Hernandes cari mövsümün sonunda komandasını tərk edir.

ANS PRESS-in məlumatına görə, 35 yaşlı ulduz futbolçu Qətərin "Əl-Sədd" klubu ilə 3 illik müqavilə də imzalayıb.

İspaniya mətbuatı iddia edir ki, Xavi yeni klubunda ilinə 10 milyon avro maaş qazanacaq. Məşhur futbolçu Qətər klubunda çıxış etdiyi müddətdə məşqçi lisenziyasını almağı da planlaşdırır. Bundan başqa, o, sözügedən ölkənin yerli futbol akademiyasında məsləhətçi vəzifəsində işləyəcək.

Qeyd edək ki, 2012-ci ildən 2014-cü ilə qədər İspaniya və "Real”ın sabiq hücumçusu Raul Qonzales də "Əl-Sədd”in formasını geyinib.
Mənbə
ANS PRESS