Robert Prosineçki: "Komanda Malta ilə oyuna hazırdır"
"Report"un məlumatına görə, bu sözləri Malta ilə oyunöncəsi keçirilən mətbuat konfransında milli komandanın baş məşqçisi Robert Prosineçki deyib.
Xorvatiyalı mütəxəssis ilk olaraq "Neftçi"dən heç bir futbolçunun dəvət olunmamasına aydınlıq gətirib:
"Malta ilə oyuna formada olan futbolçular çağırmışam. Təəssüflər olsun ki, "Neftçi"də bizə Malta ilə oyunda kömək edəcək futbolçu yoxdur. Raufun zədəsi vardı. Bildiyim qədər "Neftçi"yə keçəndən qol vurmayıb. Millinin heyətində seçmə mərhələdə 4 oyuna çıxıb və yenə də qol vurmayıb. Lakin o demək deyil ki, qarşıdakı oyunlara dəvət olunmayacaq. Raufun olmamağı bizə hücumçu problemi yaratmayacaq. Komanda artıq hazırdır və motivasiya yüksəkdir. Raufun növbəti oyunlar üçün özünü göstərmək şansı olacaq".
Komandada qələbə ruhu görmək istədiyini bildirən baş məşqçi keçirilən təlim-məşq toplanışlarında futbolçulardan razı qaldığını deyib. O, komandaya inandığını və futbolçuları Malta ilə qarşılaşmada 90 dəqiqə bacardıqlarını göstərəcəklərinə ümid etdiyini bildirib. Azərbaycan futbolçularının potensialının böyük olduğunu vurğulayan Prosineçki Premyer Liqanın bombardiri Nurlan Novruzovu yığmaya dəvət etməməsini bu cür izah edib:
"Biz sabahkı oyunu yox, gələcəyi düşünürük. Mən milliyə çağırdığım oyunçuların yaxşı futbolçu olduqlarını düşünürəm. 5 aydır Azərbaycandayam, "Neftçi"nin hər bir oyununu görmüşəm. Nurlanla bağlı məsələyə gəlincə, bilirəm ki, o bombardirdir. Amma mənim sistemimə uyğun deyil".
Sonda isə 46 yaşlı mütəxəssis Malta ilə oyunda start heyətində meydana çıxacaq futbolçuların adlarını açıqlayıb. Onun sözlərinə görə, ilk olaraq Kamran Ağayev, Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Cavid Hüseynov, Namiq Ələsgərov, Vüqar Nadirov və Əfran İsmayılov meydanda olacaq.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
"Real"da Vinisiusun aqibəti bəlli oldu
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51