Dünən baş tutan "Bakı" - "İnter" (0:1) qarşılaşmasında maraqlı bir hadisə baş verib.

ANS PRESS-in məlumatına görə, görüşün 67-ci dəqiqəsində "İnter"in futbolçusunun qapıya ünvanladığı zərbəni "Bakı"nın hücumçusu Nurlan Novruzov boş qapıdan əllə çıxardaraq uruqvaylı Luis Suaresin son dünya çempionatında etdiyi hərəkəti xatırladıb.

Qeyd edək ki, topu əllə çıxardığına görə Novruzov qırmızı vərəqə ilə cəzalanıb. "Bakı"nın qapısına təyin olunmuş penaltini isə qapıçı dəf edərək komandasını xilas edib.

Həmin göüntünü təqdim edirik:

Mənbə
ANS PRESS