[ 27 Mart 2015 11:51 ]
Bakı. Fuad Cəfərov - APA. Bakı sakini bədbəxt hadisə nəticəsində ölüb.
Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Zirə qəsəbəsində yerləşən Bağ Massivində baş verib.
Bakı şəhər sakini, 1943-cü il təvəllüdlü Fərman Bayram oğlu Bayramov həyətində yerləşən su quyusunu təmir edərkən havasızlıqdan boğularaq ölüb.
F. Bayramovun cəsədi Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.