Azyaşlı uşaqların nəzarətsiz buraxılması sonradan valideynlərin peşman olması ilə nəticələnir. Amma sonradan peşman olmağın heç bir faydası yoxdu.

ANS-in efirində yayımlanan “Adam içində” verilişində ana 17 yaşlı oğlunun itməsilə bağlı danışdı. Məlum oldu ki, gənc oğlan bir aya yaxındır ki, kimsəsiz olan 10-15 uşaqlar birgə küçələrdə toplaşaraq, məskunlaşıb.

Uşaqların toplaşdığı ərazidə yaşayan qonşular isə həyət uşaqlarının onları axşamlar narahat etdiyindən şikayətli olub. Hətta qonşular bu səbəbdən uşaqlardan polisə şikayət də edib. Yalnız həyət uşaqlarının aralarında olduğu iddia edilən itkin oğlan kimsəsiz olduğunu və axtarılmasını istəmədiyini bildirib.

Məsələyə aydınlıq gətirən ana deyir ki, oğlunun heç bir psixoloji problemi olmayıb. Hətta ailədə belə övladı ilə normal davranılıb. Onun evdən qaçmasına səbəb isə düzgün yolda olmayan kimsəsiz uşaqlara qoşulması olub.

Zavallı ana övladının tez bir zamanda tapılmasını və evə dönməsini istədi. Psixoloqlar hesab edir ki, yetkinlik yaşına çatan oğlanın evdən qaçmasına səbəb həyat məqsədini düzğün seçməməsi olub.

Ekspertlərin fikrincə, buna bilavasitə təsir edən amillərdən biri ailədə düzğün tərbiyənin verilməməsidir. Hazırda gənc oğlan axtarılır. Ana və övladın hekayəsi nə ilə yekunlaşacağı “Adam içində”nin növbəti buraxlışında.

Mənbə
ANS PRESS