Rusiya millisinin baş məşqçisi Fabio Kapello İngiltərə Premyer Liqası haqda fikirlərini bölüşüb.
 
Qol.az-ın "Sport"a istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssis Premyer Liqada Kriştianu RonalduLionel Messi kimi futbolçuların çatışmadığını bildirib:
 
"İngiltərə hazırda yaxşı dövrünü yaşamır. Orada nə çatışmır? Premyer Liqada Ronaldu, Messi, İbrahimoviç və Noyer kimi futbolçular yoxdur. Məsələn, tennisdə zəif rəqiblə oynayırsansa, inkişaf olmayacaq".

Milli.Az