ANS PRESS-in məlumatına görə, hadisə Avropada yerləşən qoruqlardan birində baş verib. Belə ki, iki kərgədan bala antilopa hücum çəkib.
Körpəni ovlamaq istəyən kərgədanlar ana antilopun müqavimətinə rast gəliblər. Balasını qorumaq istəyən antilop kərgədanla kəllə-kəlləyə gəlib.
Özündən qat-qat böyük olan heyvanla mübarizə aparan antilop balası üçün canını təhlükəyə atıb. Bu hadisəni kənardan müşahidə edən qoruq gözətçisi isə gərgin mübarizəni telefonun yaddaşına köçürüb.
Dan Qray adlı gözətçi birinci dəfədir ki, belə halla qarşılaşdığını etiraf edib. Görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra insanlar arasında böyük marağa səbəb olub.





MənbəANS PRESS