[ 26 Mart 2015 10:36 ]
Bakı. Fərid Mirzəyev – APA. Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya Problemləri üzrə Elmi Şurasının növbəti iclası keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclası giriş sözü ilə Elmi Şuranın sədr müavini, akademik İradə Hüseynova açıb.
İ. Hüseynova 2014-cü ildə müxtəlif ixtisaslar üzrə qəbul olunmuş dissertantların tədqiqat işlərinin mövzuları, elmi rəhbərləri və məsləhətçiləri haqda məlumat verib. İ. Hüseynova bildirib ki, dissertasiya mövzuları öncədən uyğun seksiyalarda ixtisasçı alimlər tərəfindən hərtərəfli müzakirə olunub, bəzi mövzular institutlara qaytarılaraq lazımi dəyişikliklər edilib.
Müzakirələrdə Biologiya Problemləri üzrə Elmi Şuranın sədr müavini, AMEA-nın müxbir üzvü İbrahim Əzizov, Biologiya Problemləri üzrə Elmi Şuranın elmi katibi, AMEA-nın müxbir üzvü Pənah Muradov və Elmi Şuranın digər üzvləri iştirak ediblər.