Milli.Az qol.az-a istinadən bildirir ki, klubun mətbuat xidmətindən verilən məlumata görə, Ağdam təmsiçisi sabah yoxlama görüşündə qüvvəsini sınayacaq.
Qurban Qurbanovun komandası Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması ilə qarşılaşacaq. Oyun "Bakı" klubunun bazasında keçiriləcək.
Qeyd edək ki, 9 futbolçu hazırda öz milli komandalarının düşərgələrində olduğundan onlar "Qarabağ"ın məşqlərində iştirak etmirlər.
Milli.Az