ABŞ-da təlim-məşq toplanışı zamanı Argentina millisinin futbolçusu Lionel Messi güclü ağrı səbəbindən məşqi yarımçıq tərk edib.

Qol.az-ın Argentina Futbol Federasiyasının rəsmi saytına istinadən yaydığı xəbərə görə, ötən gün səhər saatlarında Vaşinqtondakı özəl klinikaların birində tibbi müayinədən keçən futbolçunun ciddi zədəsi olmadığı məlum olub.

Messi martın 28-də Salvador, 31-də isə Ekvador yığması ilə keçiriləcək oyunlarda iştirak edə biləcək.

Qeyd edək ki, 27 yaşlı forvard “Real”la qarşılaşmada ayağından  zədələnmişdi.

Milli.Az