Bakı, 24 mart, AZƏRTAC
Martın 27-dən 29-dək Türkiyənin Samsun şəhərində cüdo üzrə Qran-pri yarışları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, yarışda ölkəmizi Orxan Səfərov, Mehman Sadıqov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə, Tərlan Kərimov (hər ikisi 66 kq), Rüstəm Orucov, Hüseyn Rəhimli (hər ikisi 73 kq), Əbdülhaqq Rəsullu, Rüstəm Alimli (hər ikisi 81 kq), Ramin Qurbanov, Tural Səfquliyev (hər ikisi 90 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi 100 kq) və Uşanqi Kokauri (100 kq-dan yuxarı) təmsil edəcəklər.