Bakıda quldurluqla məşğul olan şəxslər saxlanılıb.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, hadisə martın 21-də Yasamal rayonunun S.Əsgərova küçəsində qeydə alınıb.

Küçədə naməlum şəxs Bakı şəhər sakini Orxan Qasımova zor tətbiq edib planşetini alaraq paytaxt sakini Yusif Əhmədova məxsus “VAZ-21074” markalı avtomobillə hadisə yerini tərk ediblər.

Yasamal rayon Polis İdarəsi 27-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Samir Əhmədov və Yusif Əhmədov tutulublar.

Y.Əhmədovdan 3,36 qram, S.Əhmədovdan isə 5,52 qram həşiş götürülüb.

Faktla bağlı araşdırma aparılır.
Mənbə
ANS PRESS