[ 24 Mart 2015 12:23 ]



Bakı. Fuad Cəfərov - APA. Bakıda avtoxuliqanlıq edən şəxs həbs edilib.

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, fevralın 24-də Şüvəlan qəsəbəsi ərazisində Aysən Həsənov idarə etdiyi “İnfiniti” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

 

Martın 19-da Nərimanov rayon Məhkəməsi tərəfindən A.Həsənov İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsinə əsasən 25 gün müddətinə həbs edilib.