Ötən gecə baş tutan "El Klassiko" - Kataloniyanın "Barselona" və Madridin "Real" klublarının qarşılaşması (2:1) - "Kamp Nou"nun möhtəşəm görüntüləri ilə də yadda qalıb.Nə bu oyunu, nə də stadionu heç vaxt unutmazlar
Milli.Az bildirir ki, "Barcelona" klubunun əsas stadionunda bütün dünyanı iki yerə bölən matç üçün xüsusi hazırlıq görülüb. Oyunu izləməyə gələn 98760 azarkeş üçün oturacaqların üzərində rəngli kağızlar qoyulub. Oyun başlamazdan öncə "Barsa"nın himni səslənən zaman tribunadakılar bu vərəqləri başları üzərinə qaldıraraq azarkeşlərin rəmzi olan klubun 12 nömrəli köynəyinin görüntüsünü yaradıblar.
Mundo Deportivo-ya istinadən ispan azarkeşlərin sosial şəbəkədə yaydıqları videonu təqdim edirik:
Milli.Az