Milli.Az azerisport.com-a istinadən bildirir ki, Azərbaycanı üç idmançı - Nicat Nəcəfzadə (45 kq), Nicat Vəliyev (75 kq) və Xəyal Əhmədov (86 kq) - təmsil edib.
Onların hər üçü finala vəsiqə, finalda isə uğur qazanıb. Xüsusilə Əhmədov fərqlənib. O, ikinci raundda erməni rəqibini nokauta göndərərək turnirin qalibi olub.
Milli.Az