ANS PRESS-in məlumatına görə, şounun bu dəfəki buraxılışında meyxanaçı Namiq Qaraçuxurlunun toyuna hazırlıqlar görülüb. Məşhurlar bir araya toplanaraq sənətçinin baş tutacaq toyunun məşqini ediblər.
Ağadadaş Ağayev elçilik etmək üçün təklif aldığında belə cavab verib: "Bizim getməyə ehtiyacımız yoxdur, onun öz adı özünə bəsdir. Amma özü bunu istəsə qardaş kimi böyük məmnuniyyətlə elçiliyə gedərəm".
Meyxanaçının ətrafına toplaşanların sırasında Nüşabə Ələsgərli də var idi. O isə digərlərindən seçilərək elçiliyin məşqinə başlayıb. "Təsəvvür edin ki, biz artıq qız evindəyik. Evə daxil oluram və başlayıram; "Salam əleykum, eşitmişəm qəşəng çayınız var. Elə bu başdan çayınızı şirin etsəniz yaxşı olar, onsuz da bilirəm ki, "hə" cavabı verəcəksiz"- deyə elçiliyi təsvir edib.
Bu məqamda xalq artisti Flora Kərimova özünü çatdıraraq xeyir duasını verib: "Qızın ailəsi Namiqin özünü yaxşı tanıyır, deyəcəklər əziyyət çəkib gəlmisiz".
Bu söhbətlərdən sonra Manaf Ağayevlə Samir Piriyev isə Namiq Qaraçuxurlunu bəy tərifinə başlayıblar.








MənbəANS PRESS