[ 23 Mart 2015 15:30 ]



Bakı - APA. Salyan rayonunun Sarvan kəndində vətəndaşa məxsus, ümumi sahəsi 16 kv.m olan toyuq hininin dam örtüyünün yanar konstruksiyaları yanıb.

 

APA-nın FHN=in saytına istinadən verdiyi məlumata görə, yanğın nəticəsində hinin içərisində olan 1 aylıq 100 ev quşu tələf olub.

 

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.