Bir illik münasibətlərini bitirən müğənni Sinan Akçılla aparıcı-model Ebru Şallı arasında qalmaqal səngimək bilmir.

Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, tərk edildiyini mediadan öyrənən Sinan Ebrunun yaşadığı evə basqın edib. Gecə saat 4-də aparıcının qapısını döyən ifaçı bina sakinlərini narahat edib. Qapını döyməklə kifayətlənməyib onu açmağa cəhd göstərən S.Akçıl daha sonra məyus halda evinə yollanıb.

E.Şallı isə binanın mühafizəçilərinə “Sinan Akçılı bir daha içəri buraxmayın”, - deyə tapşırıq verib.