Yol hadisələrindən 10-u Bakıda baş verib, nəticədə 5 nəfər ölüb, 12 nəfər xəsarət alıb. Bu müddətdə yol nəqliyyat hadisələrinin 8-i piyadavurma olub, nəticədə 5 nəfər ölüb, 4-ü yaralanıb.
K.Əliyev bildirib ki, 11 yol hadisəsi avtomobillərin toqquşması zamanı baş verib, nəticədə 1 nəfər ölüb, 19 nəfər yaralanıb. Avtomobillərin aşma hadisəsi ilə bağlı 2 fakt qeydə alınıb, nəticədə 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Avtomobillərin maneələrə vurlması zamanı 2 nəfər ölüb, 2-si yaralanıb.
K.Əliyevin sözlərinə görə, hadisələrin 60 faizi piyadavurma ilə bağlı olub. Piyadavurma hadisələri ən çox paytaxt Bakının payına düşüb (8 hadisədən 6-sı).
Ölümlə nəticələnən yol qəzalarının böyük əksəriyyəti sutkanın qaranlıq vaxtında baş verib. Belə ki, bu vaxtlar baş verən yol qəzaları zamanı 7 nəfər ölüb, 17 nəfər xəsarət alıb.
K.Əliyev bir daha sürücülərdən diqqətli olmağı xahiş edir: "Xüsusilə havaların yağmurlu keçməsi ilə əlaqədar sürücülər diqqətli olmalı, əsasən ara məsafəsinə, avtomobilin idarə edilməsi zamanı sürətə fikir verməlidirlər".
Milli.Az