“ABŞ-da seçkini keçirmək üçün vahid sənəd yoxdur”
”ABŞ-da seçkilər Avropada olduğu kimi, orada yaşayanların həyat tərzinə, adət-ənənəsinə çevrilib”. Lent.az-ın məlumatına görə, bunu ABŞ-dakı seçkiləri izləməkdən qayıtmış Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. M.Pənahov bildirib ki, ABŞ-da seçkini keçirmək üçün vahid sənəd yoxdur: “ABŞ-dakı 51 ştatın heç birində seçki qanunvericiliyi eyni deyil. Seçki ilə bağlı vahid qanun istəyəndə onlar bunu təəccüblə qarşılayırdılar”.
M.Pənahov Obama-Makkeyn yarışmasından, bu prosesin təxminən bir ildir davam etməsindən danışaraq deyib ki, hələ ABŞ-a getməzdən əvvəl bunları izləyirmiş: “Ancaq ABŞ-da bütün bunları tənzimləyən qanun yoxdur. Orada heç seçici siyahısı da yoxdur. Seçici siyahısını tərtib edən, yaxud bununla maraqlanan qurum yoxdur. QHT-lər bununla bağlı vətəndaşlara müraciət edir, vətəndaşlar da öz növbəsində gedir qeydiyyata düşür. Daha onu gedib yoxlayan olmur ki, həmin adam neçə yerdə qeydiyyata düşüb. Bu barədə sual da verəndə onlara qəribə gəlir. Gərək sualı onlara izah edəsən. Çünki, dediyim kimi, bu proses onlarda ənənəyə çevrilib”.
M.Pənahovun sözlərinə görə, ABŞ-da seçicilərin neçə faizinin siyahıya düşməsi barədə dəqiq rəqəm də olmayıb: “Ancaq təxminən 75-80% arası bir rəqəm vardı ortada. Həmin seçicilərin də təxminən 60-65%-i səsvermədə iştirak etdi”.
MSK sədrinin sözlərinə görə, ABŞ-da seçki günü təbliğat adi bir şeydir: “Məntəqəyə daxil olmazdan əvvəl təbliğatçılar öz namizədlərinin qarşısına işarə qoyulmuş bülleten verirdilər ki, gedin filan adama səs verin”.
M.Pənahov xatırladıb ki, vaxtilə ABŞ-da prezident postunu tərk edəndən sonra ona mühafizəçi ayrılırdı. Sabiq prezidentlərə mühafizəçinin ayrılmasını vaxtilə Bill Klinton ləğv etdirib: “ABŞ-da zarafatla deyirdilər ki, Buşun vəziyyəti ağırdır...”
Pərvin ABBASOV
Məzahir Pənahov: “...Buşun vəziyyəti ağırdır”
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sabah ilk Qədr gecəsidir
news.lent.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10