"Mançester Yunayted" ötən yay heyətə cəlb etdiyi Di MariaFalkaodan az fayda görməsi səbəbindən yayda növbəti transfer fəaliyyətinə hazırlaşır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" argentinalı ulduzu PSG-nin hücumçusu Edinson Kavani ilə dəyişməyi düşünür. "Manikunianlar" böyük ehtimalla Radamel Falkaonun transfer hüquqlarını "Monako"dan almaqda maraqlı olmayacaq. Bunun əvəzində hücum xəttinə Kavanini gətirmək düşünülür.

Milli.Az