Bakı, 22 mart, AZƏRTAC
2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının final oyununun tarixi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, mundilalın həlledici görüşü dekabrın 18-də keçiriləcək. Bu haqda FİFA İcraiyyə Komitəsi qərar qəbul edib.
Qeyd edək ki, daha əvvəl FİFA prezidenti Yozef Blatter dünya çempionatının final matçının dekabrın 23-də keçriləcəyini bildirmişdi.