Bolqarıstanda keçiriləcək final mərhələsinə vəsiqə əsas iddiaçılar Xorvatiya ilə Portuqaliya qrup qalibi adı uğrunda mübarizə aparacaqlar. Hər iki qarşılaşmada böyük hesabla uduzan Azərbaycan millisi isə Serbiyanı sınağa çəkəcək. Qrupda qalacağı rəsmiləşən Mirbağır İsayevin yetirmələri son sınağında rəqibinin nəzəri şanslarını alt-üst etməyə çalışacaq.
Avropa çempionatının elit-raundu
II qrup
III tur
22 mart
16:30. Xorvatiya – Portuqaliya
Hakimlər: Endryu Dallas, Qren Stüart (hər ikisi Şotlandiya), Namiq Hüseynov. Rəhim Həsənov (hər ikisi Azərbaycan)
Bakı. “Bakı” klubunun təlim-məşq bazası
16:30. Azərbaycan – Serbiya
Hakimlər: Dominik Ouşan, Andreas Heydenrayx (hər ikisi Avstriya), İoannis Lazardu, Dimitrios Massias (hər ikisi Kipr)
Bakı. “Bakcell Arena”
1 Xorvatiya 2 2 0 0 7-0 6
2 Portuqaliya 2 1 1 0 3-0 4
3 Serbiya 2 0 1 1 0-3 1
4 AZƏRBAYCAN 2 0 0 2 0-7 0
Milli.Az