Stokholm, 21 mart, Rauf Əliyev AZƏRTAC.
İsveçin paytaxtı Stokholmda bu ölkədəki Azərbaycan səfirliyinin dəstəyi və diaspor cəmiyyətlərinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə tədbir keçirilib.
Tədbirdə Azərbaycanın İsveç Krallığındakı səfiriyinin əməkdaşları , bu ölkədə yaşayan Azərbaycan və Türk diasporlarının, habelə İsveç ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirin təşkilatçısı Rəhim Sadıxbəyli mərasim iştirakçılarını əziz bayram münasibəti ilə təbrik edərək Novruzun tarixindən və özəlliklərindən söz açıb, onun ruzi-bərəkət rəmzi, dostluq, qardaşlıq və birliyimizin parlaq təcəssümü olduğunu bildirib.
Sonra mərasim musiqi proqramı ilə davam edib. Tədbirdə iştirak etmək üçün Bakıdan Stokholma təşrif buyuran əməkdar artist Lalə Məmmədova öz sevilən mahnıları ilə iştirakçılarda xoş ovqat yaradıb.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm