[ 21 Mart 2015 23:55 ]



Siyəzən. Vəli Turan – APA. Siyəzən rayonunda 50 yaşlı kişi yanaraq ölüb.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1965-ci il təvəllüdlü Qurbanov Şirinağa Əmirağa oğlu müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostik Mərkəzinə yerləşdirilib. Ona hər iki yuxarı ətrafın, üzün, döş qəfəsinin və qarnın 3-cü dərəcəli termiki yanığı diaqnozu qoyulub.

Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Onun hansı şəraitdə yanıq xəsarətləri aldığı araşdırılır.