"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov bəyan edib ki, Ağdam klubu ilə yeni müqavilə imzalayacaq. Milli.Az xəbər verir ki, azerisport.az-a açıqlamasında o, bunları söyləyib:

"Mən burada çox xoşbəxtəm. "Qarabağ"dan yeni təklif aldım və onu qəbul etdim. Öz üzərimdə daha çox çalışmağım lazımdır. Ölkə xaricinə yalnız onda gedəcəyəm ki, özümü orada yüksək səviyyədə oynamağa hazır hiss edəcəyəm. Qurban Qurbanovla birgə çalışdığım üçün şadam".

Milli.Az