Yevlax rayonunun Yuxarı Qarxun kəndinə mavi yanacaq verilib.
Milli.Az El Tv-ə ( Region Tv) istinadən xəbər verir ki, qaz xəttinin açılış mərasimində rayon rəhbərliyi, “Azəriqaz” Istehsalat Birliyinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Bildirilib ki, kəndin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında ümumi uzunluğu 4 min 632 metr müxtəlif diametrli politelin və uzunluğu 19 min 96 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib.
425 mənzilə qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.
Daha sonra təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılıb.

Milli.Az