İmişli rayonunun Yalavac kəndinin sakinləri Novruz adət-ənənəsini bu günə qədər qoruyub saxlayırlar.
Milli.Az El Tv-ə ( Region Tv) istinadən xəbər verir ki, hər il olduğu kimi, böyükdən kiçiyə hər kəs bir yerə toplaşır. Burada kimisi yumurta döyüşdürür, kimisi də ənzəli oynayır.
Cavanlar meydanda güləşərək güclərini sınayırlar. Maraqlı yarışlardan biri isə qədim tarixə malik olan dirədöymə, digər adı qayışaldı, qayışdöydüdür.
Digər meydan oyunlarından biri də at yarışıdır.
Yarışa atının sürətinə güvənən çaparlar qoşulur. Yarışın qalibi 300 metrlik məsafəni daha tez müddətə qət edən sayılır.

Milli.Az