Bayrağımız ən yüksəyə qaldırıldı: möhtəşəm görüntülər (VİDEO)
ANS TV-nin bölgə müxbirinin verdiyi məlumata görə, Balakən rayonunda Baharın gəlişi möhtəşəm şəkildə qeyd olunmaqla Azərbaycan bayrağının səmaya yüksəldilməsilə start götürdü. Havaya qalxan təyyarə üçrəngli bayrağımızı bir müddət səmanın yüksəkliklərində dalğalandırdı.
Balakən aviasiya məktəbinin yetirməsi daha sonra paraşütlə bayrağımızı dalğalandıraraq, bayramın keçirildiyi ərazinin yaxınlığına eniş etdi.
Qonaqlar isə Bahar bayramının belə orijinal qeyd edilməsini gur alqışlarla qarşıladı.
Azsaylı xalqların daha çox məskunlaşdığı və qədim adətlər yaşadılan Balakəndə Novruz tonqalı alovlandırıldı. Bayram iştirakçıları böyük bir ərazini əhatə edən bayram süfrəsilə tanış oldu. Novruzla bağlı çeşidli mətbəx nümunələri böyük maraq doğurdu.
Rayon sakini Meysərət Qaysayeva: “Biz bu gün azsaylı xalqların nümayəndələri kimi, Novruz bayramını qeyd edirik. Bayramı Azərbaycan xalqının adət-ənənəsinə uyğun bir şəklidə keçiririk. Novruz bayramını çox sevirik, ona görə ki, bu bayramın gəlişi ilə torpaq oyanır. Kənd sakinləri isə bunu daha yaxşı hiss edirlər”.
Bayram tədbirində rayonda yetişdirilən kənd təsərrüfatı məhsulları da nümayiş olundu.
Mərasimdə yazın gəlişini bildirən səməni, novruz xonçaları, şəkərbura, paxlava öz fərqli və maraqlı görünüşü ilə iştirakçıların marağına səbəb oldu.
Novruzun canlı rəmzlərindən olan Keçəl və Kosa, Bahar qızının gəlişi tədbiri daha rəngərəng etdi. Bayram tədbiri milli rəqslər və musiqiçilərin ifaları ilə davam etdirildi.
Mənbə
ANS TV: Xatirə Əkbərova
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sabah ilk Qədr gecəsidir
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10