Milli.Az apasport.az-a istinadən AZAL-ın ukraynalı yarımmüdafiəçisi Valeri Kutsenkonun müsahibəsini təqdim edir.
- Topaz Premyer Liqasının XXVI turu çərçivəsində “Xəzər Lənkəran” üzərində asan qələbə qazandınız. Matçla bağlı fikirlərinizi bilmək istərdik...
- Yaxşı oynadıq. Məncə, qələbəyə layiq idik. 3 xal qazandığımıza görə şadam.
- Oyunda hesabı qonaqlar açdılar. Hesabda geri düşdükdən sonra 3 qol vurub, qələbə qazanacağınıza inanırdızmı?
- Erkən qol buraxmağımız bizim üçün gözlənilməz oldu. Yaxşı ki, bərabərlik qolunu vaxtında vura bildik. Hesabı bərabərləşdikdən sonra da hücumlarımızı davam etdirdik və yekunda qələbə qazandıq.
- Əldə etdiyiniz imkanlardan lazımınca yararlansaydız, hesab arasındakı fərq daha böyük ola bilərdi. Elə deyilmi?
- Bu futboldu. Biz də həmin epizodlarda qol vurmaq istəyirdik. Amma hər dəfə alınmır. Bəzən özünəinamın az olur və epizodu qolla tamamlaya bilmirsən. Əsas odu ki, 3 qol vurduq və lazım olan nəticəni qazandıq.
- Rəqibin heyətində daha çox gənclər çıxış edirlər. Onlara qarşı oynamaq sizin üçün çətin olmazdı...
- Prinsipcə, “Xəzər Lənkəran” pis komanda deyil. Onlara qarşı oynamaq maraqlı idi. Mən Azərbaycana təzə gəlmişəm, odu ki, “Xəzər Lənkəran”da əvvəllər hansı futbolçuların oynadığını bilmirəm. Gənc komandadı. Bizə qarşı da mübarizə apardılar.
- Oyun ərzində 2 real qol imkanınız olsa da, əvvəlcə qapıçı, ardınca isə qapı dirəyi dubl etməyinizə mane oldu. Bununla bağlı nə deyə bilərsiz?
- Mən də istərdim ki, dubl edim, amma bu, futboldu (gülür). Razıyam, bəzi epizodlarda son nöqtəni qoya bilmirdik. Bəlkə də, bu, konsentrasiyanın azalmasından irəli gəlirdi. Kimin qol vurması önəmli deyil. Əsas odu ki, qələbə qazandıq və komandanın hər bir üzvü buna layiq idi.
- Ölkə kubokunda mübarizəni dayandırmalı oldunuz. Sizcə, yeganə şansınız olan çempionatda lazım olan nəticəni qazanıb, avrokuboka vəsiqə əldə edə biləcəksizmi?
- Kubokda mübarizəni dayandırmağımız pis oldu. İşimiz çətinləşdi. Amma sona qədər mübarizə aparacağıq. İrəli baxmaq lazımdı. Çempionatda 4-cü yeri tutmaq şansımız var. Bu şansdan yararlanmalıyıq.
- Amma unutmayın ki, AZAL-la yanaşı, “Qəbələ” və “Simurq”un da 4-ci yeri tutmaq şansı var...
- Əgər bütün oyunları belə keçirsək, yaxşı olacaq. Razıyam, “Qəbələ” və “Simurq” da avrokuboka vəsiqə qazanmaq istəyir. Onlarla hələ oyunlarımız var. “Simurq”la səfərdə, “Qəbələ” ilə isə öz meydanımızda qarşılaşacağıq.
- Azərbaycan çempionatının səviyyəsi haqda nə düşünürsüz?
- Pis deyil. Azərbaycan çempionatının zəif olduğunu deyə bilmərəm. Hər şey normaldı. Məncə, Azərbaycan Premyer Liqasının səviyyəsi gündən-günə yüksəlir.
Milli.Az