Kürdəmir və Neftçala rayonalrında yanğın hadisəsi qeydə alınıb.
Milli.Az anspress-ə istinadən bildirir ki, Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi məlumata görə, Kürdəmir rayonu, Pirəköçə kəndində vətandaşa məxsus ümumi sahəsi 300 kv.m olan kürsülü, birmərtəbəli 5 otaqlı evin (dam örtüyü qamışdan ibarət) yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Digər bir yanğın isə Neftçala rayonunda baş verib. Rayonun Şorkənd kəndində "Azərenerji" ASC-yə məxsus 35/10 saylı yarımstansiyada gücü 10 kVt olan trasformatorun yanar hissələri yanıb. Yarımstansiyada olan digər transformator yanğından mühafizə olunub.
Hər iki hadisənin yanğınsöndürənlər tərəfindən qarşısı alınıb.
Milli.Az