ANS PRESS-in məlumatına görə, oyunun 78-ci dəqiqəsində qonaqların heyətində Aquero penalti zərbəsini vurarkən "Barselona"nın futbolçusu Maskerano Andre ter Ştegene topun hara vurulacağını işarə verib və həmin istiqamətdə də tullanan qapıçı penalti zərbəsini qurtarıb.
Belə ki, yarımmüdafiəçinin topu hansı tərəfə vuracağını öncədən bilən Maskerano zərbə yerinə yetirilən zaman barmağı ilə Ter Ştegenə özündən sağ tərəfə tullanmağı işarə edib.
MənbəANS PRESS