Paris, 19 Mart, Aişə Axundova, AZƏRTAC
Mirvari Fətəliyeva Parisdə fəaliyyət göstərən “Azərbaycan evi”nin rəhbəridir.
O, AZƏRTAC-a müsahibəsində deyib: “Azərbaycan evi” Fransada rəsmi olaraq 2012-ci ildən fəaliyyət göstərir. Biz müntəzəm olaraq Azərbaycan mədəniyyətinin bu ölkədə təbliğinə istiqamətlənmiş tədbirlər keçiririk. Bu sıraya milli musiqidən ibarət konsertlər, bədii sərgilər, Azərbaycan dili kursları, kulinariya üzrə ustad dərsləri və digər tədbirlər aiddir. Biz hər il Novruz bayramını keçiririk. Qeyd etməliyəm ki, bu bayram fransızların çox xoşuna gəlib. Onlar Novruz ənənələrinə və adətlərinə böyük maraq göstərirlər, milli şirniyyatlarımızı məmnuniyyətlə dadırlar, Azərbaycan xörəklərinin reseptlərini bölüşməyimizi xahiş edirlər. Bütün bunlar indiki tədbirimizdə öz əksini tapıb”.