Şəhərin Tovuz qalası bayramsayağı bəzədilib. Bayram şənliyində şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qonaqları Bahar qızı salamlayıb, Kosa və Keçəl şən zarafatları ilə qarşılayıblar. Qalada qədim məişətimizi, adət-ənənələrimizi nümayiş etdirən eksponatlar sərgilənib. Sonra nəhəng tonqala od vurularaq bayram konsertinə start verildi. Şənlik incəsənət ustalarının geniş konsert proqramı və balaca rəqqasların oyunları ilə davam etdi. Burada qonaqlar bayram süfrəsi arxasında əyləşərək milli təamlarımızdan daddılar. Şənlik konsert proqramı ilə davam etdi.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.

