Azərbaycanın Kiyevdəki səfiri Anarın “Ağ qoç, qara qoç” kitabının radiotəqdimatında iştirak edib
Kiyev, 19 mart, AZƏRTAC
Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Ukrayna radiosunun «Культура» III kanalının birbaşa efirində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı, rejissor və ssenarist Anarın “Ağ qoç, qara qoç” kitabının Ukrayna dilində radiotəqdimatında iştirak edib.
AZƏRTAC-ın xəbər verdiyi kimi, Azərbaycan səfirliyinin dəstəyi ilə bu yaxınlarda Kiyevdə Anarın “Ağ qoç, qara qoç” kitabı çapdan çıxıb. Kitaba yazıçının “Ağ qoç, qara qoç “ əsəri ilə bərabər, hekayələri, esse və müxtəlif illərdə yazdığı povestləri daxildir.
Diplomat Azərbaycanın görkəmli söz ustasının anadan olmasının 77 illiyinə həsr edilmiş 40 dəqiqəlik radioverilişdə Anarın yaradıcılığından, onun milli ədəbiyyata sanballı töhfəsindən, ukraynalı həmkarları ilə yaradıcılıq əlaqələrindən söz açıb, onlayn-rejimdə dinləyicilərin suallarına cavab verib.
Səfir Anarı təkcə gözəl yazıçı kimi deyil, həm də fəal ictimai-siyasi xadim kimi xarakterizə edib. Diplomat vurğulayıb ki, Anar Azərbaycan parlamentinin deputatı olanda parlamentin yüksək tribunasından Mixail Qorbaçov başda olmaqla sovet rəhbərliyinin siyasətini kəskin tənqid edərək, yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirib. Ölkənin o vaxtkı rəhbərliyinin səhlənkarlığı və cinayətkar fəaliyyətsizliyi Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına yol açıb, azərbaycanlılar zorla əzəli torpaqlarından didərgin salınıblar. Səfir daha sonra vurğulayıb ki, Azərbaycana qarşı ərazi iddiaları irəli sürən ermənilər bu günə qədər davam edən Dağlıq Qarabağ münaqişəsini alovlandırıblar.
Diplomat radiotəqdimatın aparıcısı, Ukraynanın tanınmış ədəbiyyatşünası, nasiri və ictimai xadimi, yeri gəlmişkən, kitabın işıq üzü gördüyü “Yaroslav Val” nəşriyyatının direktoru Mixail Slaboşpitski ilə söhbətində eyni dərəcədə həm Azərbaycana, həm də dünyaya, o cümlədən Ukraynaya məxsus olan Anar barədə maraqlı faktlar danışıb.
O deyib: “Anar Azərbaycanına məxsus olmaqla bərabər, həm də dünyaya məxsusdur. O, elə bir şəxsiyyətdir ki, onun sözləri heç bir sərhəd tanımır”. Azərbaycan ədəbiyyatının canlı klassiki barədə bundan daha gözəl nə demək olar?
Zeynal Ağazadə
AZƏRTAC –ın xüsusi müxbiri
Kiyev
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56