Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ekran işində qatil qadın Amanda Knoks obrazını canlandıran modelin aktrisalıq bacarığı bəyənilib.
Qeyd edək ki, film real hadisələr əsasında lentə alınıb. Belə ki, 2007-ci ildə İtaliyada Amanda Knoks adlı qızın otaq yoldaşı Meredit Kercneri vəhşicəsinə qətlə yetirməsi medianın gündəminə çevrilmişdi.
Cinayətkarın gözəlliyi hər kəsi cəlb etmiş və ona “Mələk üzlü qatil” adı verilmişdi. Bir müddət həbs həyatı yaşayan Amanda daha sonra bəraət alaraq azadlığa buraxılıb.
ABŞ-a köçən qız sevgilisi ilə nişanlanaraq jurnalist kimi fəaliyyətə başlayıb. İndiyədək yazdığı 4 kitabdan isə 4 milyon dollaradək pul qazanıb.