Türkiyə Kubokunun 1/4 final mərhələsinə start verilib.

ANS PRESS-in məlumatına görə, Kamran Ağayevin çıхış etdiyi "Kayserispor" "Sivasspor"u qəbul edib.

Oyun 1:1 hesabı ilə başa çatıb. Son iki çempionat matçında meydaan çıхan və uğurlu çıхışla yadda qalan Kamran Ağayev ehtiyatda qalıb. Qapını isə Kayacan Erdogan qoruyub.

Qeyd edək ki, komandalar arasında cavab oyunu aprelin 7-də keçiriləcək.
Mənbə
ANS PRESS