Svetlana Makştaryova: Avropa Oyunları haqqında hər gün düşünürəm, çünki yarışlar mənim Vətənimdə keçiriləcək
Bakı, 18 mart, AZƏRTAC
Svetlana Makştaryova batut idman növündə çıxış edən azərbaycanlı gimnastlardan biridir. Digər gimnast Səbinə Zaytseva ilə birlikdə ölkəmizi yayda Bakıda keçiriləcək Avropa Oyunlarında təmsil edəcək. Batutçular arasında fərdi və sinxron yarışlarda 4 dəst medal oynanılacaq.
AZƏRTAC S.Makştaryova ilə müsahibəni təqdim edir:
- Gimnastikaya gəlişiniz barədə danışın. Necə oldu ki, məhz bu idman növünü seçdiniz?
- Gimnastika ilə təsadüfən məşğul olmağa başlamışam. Belə ki, birinci sinifdə oxuyarkən, dərslərin birində gələcək məşqçim Vladimir Şulikin və Lidiya Bolotnikova gələrək, məni də digər uşaqlarla birlikdə bu idman növü ilə məşğul olmağa dəvət etdilər.
- Necə düşünürsünüz, başqa idman sahəsində uğurlu ola bilərdinizmi?
- Bəlkə də, alınardı. Mən hər zaman bacımın məşqlərini izləyirdim və gizlicə nələri isə təkrar etməyə çalışırdım.
- Yarış günü emosiyalarınızla necə bacarırsınız? Təmkinli olmağınızın sirri nədədir?
- Yarış günü mən çox həyəcanlı oluram. Amma mənim üçün ən əsası məşqçimin yanımda olmasıdır. Mənim üçün onun dəstəyi çox vacibdir.
- Fikrinizcə hər hansı idman növündə vacib olan nədir?
- Əzmkarlıq, xarakter və özünə inam.
- Professional idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidir? Yoxsa, bu ,idman növündən asılıdır?
- Hər şey idman növündən aslıdır. Batut – düşüşlərin olduğu çətin koordinasiyalı idman növüdür.
- İdmanda kumiriniz varmı?
- Xeyr, kumirim yoxdur.
- Yaxın gələcək üçün idman planlarınızdan danışardınız...
- İndi yalnız iyunda Bakıda keçiriləcək Avropa Oyunları haqda düşünürəm. Yarışa hazırlaşırıq. Oyunlardan sonra Dünya çempionatı olacaq. Məhz orada Rioda keçiriləcək Olimpiya Oyunlarına lisenziya qazanmaq imkanı olacaq.
- Avropa Oyunları sizin üçün nə kəsb edir və ona necə hazırlaşırsınız?
- Avropa Oyunları mənim üçün çox ciddi yarışdır. Oyunlar haqqında hər gün düşünürəm, çünki yarışlar mənim Vətənimdə keçiriləcək. Çalışacam ki, heç kimi məyus etməyim.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
"Real"da Vinisiusun aqibəti bəlli oldu
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51