İngiltərə yığması və "Mançester Yunayted"in forvardı Ueyn Runi premyre-liqanın ötən turundakı matçda oğlunu meydana çıxarıb.
"Mançester Yunayted"in "Tottenhem Hotstpur"la qarşılaşdığı və "qırmızı şeytanlar"ın 3:0 hesabla qalib gəldikləri matçda 28 yaşlı Ueynin oğlu, 5 yaşlı Kay da MU formasında idi.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, atasının oynadığı 10 nömrəli futbolkanın kiçik "versiya"sını geyinmiş Kay meydanın kənarına yaxınlaşanda "Mançester Yunayted"in xanım pərəstişkarlarından biri balaca Runidən avtoqraf istəyib.

Kay da üzünə ciddi görkəm verərək əsl futbolçu təsiri bağışlamağa çalışıb və xanımın uzatdığı kağız parçasına nə isə yazıb.

"Old Trafford" arenasında yaşanan bu olayı reportyorlar həvəslə çəkiblər.

Ueyn Runi və onun xanımı, 28 yaşlı Kolin 5 yaşlı Kay ilə 1 yaşlı Klayın valideynləridir.

Milli.Az