Çinin rəhbərlik etdiyi Asiya İnfrastruktur İnvestisiya Bankı (Asian Infrastructure Investment Bank) Avropada əhatə dairəsini genişləndirir.

ANS PRESS-in məlumatına görə, Böyük Britaniyadan sonra Avropanın nəhəng ölkələri Fransa və Almaniya da Asiya Bankına üzv qəbul olmaq üçün müraciət edib.

Hər iki ölkənin maliyyə nazirləri bidliriblər ki, Asiya Bankına üzvlük barədə ərizələr təqdim olunub.

Ekspertlər vurğulayıblar ki, Avropa nəhənflərinin Çinin nüfuzunu yayan maliyyə qurumuna meyl etməsi ABŞ-ı narahat edir. London və Vaşinqton daxili ixtilaflarını çox nadir hallarda ictimailəşdirirlər. Hələ keçən həftə Böyük Britaniyanın bu banka qoşulmasını Vaşinqton sərt şəkildə tənqidə məruz qoyub.

Böyük Britaniya hökuməti ABŞ-ın tənqidinə belə cavab verib: "Biz bəzən fərqli yanaşmalara uyğun hərəkət edirik.”

Xatırladaq ki, ötən ilin oktyabrında yaradılmış və 21 üzvü olan bu bank Asiyada enerji, nəqliyyat və infrastruktur layihələrini maliyyələşdirir.
Mənbə
ANS PRESS