Bakalavrların nəzərinə! Tələbə Qəbulu üzrə Dövlət Komissiyası magistratura pilləsinə imtanaın birinci mərhələsindən keçən bakalavrlara müraciət edib. ANS PRESS-in məlumatına görə, müraciətdə deyilir.

Magistratura səviyyəsi üzrə "Jurnalistika" ixtisaslaşmalarını seçmək istəyən bakalavrların qeydiyyatı (sorğu anketi) başlanıb. Həmin bakalavrların qeydiyyatı prosesi martın 29-da saat 17:00-da başa çatacaq.
Qeydiyyatdan keçmək üçün https://eservices.tqdk.gov.az/erizemag/jurnalistikaanket/?frm=egov linkindən istifadə edə bilərsiniz.

Nəzərinizə çatdırırıq ki, "Jurnalistika" ixtisaslaşmalarını seçmək üçün qeydiyyatdan keçən bakalavrlar "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni 31 mart 2015-ci il tarixində çap edib götürməli və vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər.
Mənbə
ANS PRESS