Bakı, 18 mart, AZƏRTAC
Bayram günlərində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan bütün kitabxanalar, muzeylər, mədəniyyət mərkəzləri fəaliyyət göstərəcək.
İdarədən AZƏRTAC-a bildirilib ki, əhalinin mənalı istirahətinin, asudə vaxtlarının səmərəli təşkili üçün bu qurumlar öz iş rejimlərini pozmayacaqlar.