Bakı, 18 mart, AZƏRTAC
Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən Heydər Parkında Novruz bayramı qeyd olunub.
İcra hakimiyyətinin başçısı Razim Məmmədov, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digər qonaqların, eləcə də ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri tədbirdə özfəaliyyət dərnəklərinin ifasında maraqlı musiqi nömrələri, idman səhnəcikləri nümayiş etdirilib, Novruz bayramının qədim adət-ənənələrindən söhbət açılıb. Novruzun əsas personajları olan Kosa və Keçəlin maraqlı deyişməsi tədbirə xüsusi rəng qatıb. Sonra qonaqların iştirakı ilə bayram tonqalı alovlandırılıb.
Novruz bayramı ilə əlaqədar rayonda tədbirlər davam edir.

