Bakı, 17 mart, AZƏRTAC
Martın 25–də  Novruz bayramı münasibətilə Heydər Əliyev Sarayında “Açıq qapı” günü keçiriləcək. “Xoş gəlmisən, Novruzum” adlı bayram konsertinə giriş sərbəst olacaq.
Sarayın mətbuat xidmətindən AZƏRTAC-abildirilib ki, bayram konsertində respublikanın əməkdar artistləri Teyyub Aslanov, Gövhər Rzayeva, Səlim Abbasov, müğənnilər Samir Piriyev, Günay İbrahimli, Vasif Məhərrəmli, Nazim, Mirkamil Kamilov, Gülay Qədirova, Rəşad İlyasov, aşıq Solmaz Kosayeva, “Dostlar qrupu”, “Kolorit” rəqs qrupu iştirak edəcəklər.
“Açıq qapı” günü Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri cəmiyyətləri, 20 Yanvar şəhidlərinin ailə üzvləri, uşaq evlərinin, kimsəsiz, əlil, qüsurlu, daun sindromlu uşaq cəmiyyətlərinin sakinləri üçün nəzərdə tutulub.