Avropa Oyunlarından əldə olunacaq gəlir Azərbaycana qalacaq
Oyunların gedişinin izlənməsinin komitənin üzərinə düşdüyünü bildirən Ç.Hüseynzadə yarışlara hazır vəziyyətdə olduqlarını söyləyib. O, idman qurğularının bir çoxunun istifadəyə verildiyini və test yarışları keçirildiyini xatırladıb: "Apreldə boks və güləş üzrə test yarışları da keçiriləcək. Üzgüçülük hovuzu tikilib. Həmin kompleksin aprel-may aylarında sınaqdan keçirilməsi nəzərdə tutulub. Atletlər Kəndi də tam hazır vəziyyətdədir. Bundan sonra əsas işlərimiz bu oyunlara KİV vasitəsilə Azərbaycan tamaşaçılarını cəlb etməyimizlə bağlı olacaq. Arzu edirik ki, Azərbaycan tamaşaçıları bu oyunlarda fəal iştirak edəcəklər".
Vitse-prezident böyük vəsait tələb edən bütün işlərin başa çatdığını qeyd edib: "Böyük vəsait komplekslərin tikintisinə xərclənib. Artıq Oyunların başlanmasına az vaxt qalıb".
I Avropa Oyunlarında iştirak edəcək ölkələrin idmançılarının xərclərinin Azərbaycan tərəfindən ödənilməsindən danışan Ç. Hüseynzadə olimpiadalarda bu xərclərin təşkilatçı tərəfindən qarşılandığını xatırladıb: "Bu, bütün müqavilələrdə qeyd olunur. Oyunlarda da təşkilatçı biz olduğumuzdan, xərcləri özümüz qarşılayırıq və düşünürəm ki, normal haldır. Lakin bu məsələdə bizim üstünlüyümüz var. Olimpiya Oyunlarında bütün marketinq gəlirləri Beynəlxalq Olimpiya Komitəsinə məxsusdursa, Avropa Oyunlarında bütün gəlirlər bizə qalacaq. Buraya biletlər, televiziya yayımı və digər marketinq gəlirləri daxildir. Sonda isə hesabladıqda, Azərbaycanın udduğunu görərik".
Komitə rəsmisi Oyunlardan sonra Azərbaycanın borca düşəcəyi barədə iddialara da aydınlıq gətirib: "Bu sualları mənə tez-tez verirlər. Yunanıstan 2004-cü il Afina Yay Olimpiya Oyunlarından sonra yaranan borcu hələ də ödəyə bilməyib. Ancaq ondan sonrakı Pekin olimpiadasında bu kimi hallar qeydə alınmadı. İkincisi də 3 milyon əhalisi olan bir şəhərdə Olimpiya stadionu kimi böyük bir stadionun olması normaldır. Tofiq Bəhramov adına Respublika stadionu əhaliyə olan tələbatı ödəmir. Hətta sovet dönəmində belə bu tələbat ödənmirdi. Avropa Oyunlarının büdcəsi olimpiadaların büdcəsindən qat-qat aşağıdır. Ona görə də, hesab edirik ki, bizə ziyan dəyməyəcək.
Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunları 12-28 iyunda keçiriləcək.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
"Real"da Vinisiusun aqibəti bəlli oldu
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10