Martın 18-də Azərbaycanda hava yağıntılı olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, martın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu keçəcəyi, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında martın 18-də havanın temperaturu gecə 3-5, gündüz 8-12 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında da havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə sulu qar, qar yağacağı ehtimal olunur. Gündüz yağıntının tədricən kəsiləcəyi proqnzolaşdırılır. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 0-4, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

Xatırladaq ki, martın 18-dən etibarən hava şəraitinin mülayimləşəcəyi gözlənilir.
Mənbə
ANS PRESS