Şabran rayonunda ölümlə nəticələnən qəza baş verib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, yol qəza hadisəsi Şabran rayonunun Gəndob-Yalama yolunun Ağalıq kəndi ərazisindən keçən hissəsində olub. Baş verən hadisə nəticəsində bir nəfərin öldüyü bildirilib.

Hal-hazırda Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsinin əməkdaşları qəza yerindədirlər. Hadisə ilə əlaqədar araşdırma aparılır.
Mənbə
ANS PRESS