[ 17 Mart 2015 11:09 ]



Bakı. Hafiz Heydərov - APA. Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AQAC) Zaqatalada kimsəsiz və imkansız ailələrə bayram sovqatı paylayıb.

 

AQAC-nin Zaqatala bölməsinin sədri Pərviz Mehdiyev APA-ya bildirib ki, Novruz bayramı ilə əlaqədar kimsəsiz, tənha və imkansız 30 ailəyə ərzaq yardımı verilib. O, respublikada qeyd olunan bütün bayramlarda belə xeyriyyə tədbirlərinin davam etdiriləcəyini qeyd edib.