Bakı Caz Mərkəzində Vaqif Mustafazadənin 75 illik yubileyi qeyd olunub
Bakı, 16 mart, Abdulla Suvar, AZƏRTAC
Martın 16-da Bakı Caz Mərkəzində görkəmli musiqiçi Vaqif Mustafazadənin 75 illiyinə həsr olunmuş konsert keçirilib.
Konsert Bakıda keçirilən “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı çərçivəsində reallaşıb.
AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl Azərbaycan Respublikası Prezidenti Katibliyin rəisi, tarix elmləri doktoru Dilarə Seyidzadə Vaqif Mustafazadənin sənət dünyası ilə bağlı fikirlərini jurnalistlərlə bölüşüb.
O, deyib: “Bu gün mənim üçün çox əlamətdardır. Ona görə ki, Vaqif Mustafazadə mənim həmyaşıdım, həm də böyük müasirimdir. Hər bir azərbaycanlı fəxr edə bilər ki, onun xalqının Vaqif Mustafazadə kimi bənzərsiz ifaçısı var. O, bizim gözəl muğamımızı cazla sintez edərək yeni bir dünya yaratdı. Elə bir dünya ki, yer üzündə musiqi duyumu olan insanlar onun sehrindən, cazibəsində hələ də çıxa bilmirlər”
Bu gün dünyada Azərbaycan musiqisinə böyük marağın olduğunu söyləyən Dilarə Seyidzadə vurğulayıb ki, bunun də əsasında Vaqif kimi istedadlı, vətənsevər insanlar dayanır. Məhz onların bənzərsiz sənət dünyası bizim musiqimizin dünyaya tanımasına təkan verib. Vaqif Azərbaycan musiqisində öz izini qoyub və bu iz heç vaxt silinməyəcək.
Ölkəmizin başçısına minnətdarlığını bildirən tarix elmləri doktoru vurğulayıb ki, bu gün Azərbaycanda musiqiyə, onun inkişafına dövləti səviyyəsində böyük diqqət və qayğı göstərilir.
Martın 16-nın bütövlükdə Vaqif Mustafazadəyə həsr olunduğunu söyləyən natiq deyib ki, bu gün İçərişəhərdə balacadan, böyüyə hamı Vaqifin sənət dünyasının işığına yığışmışdır. Arzu edirəm ki, bu işıq heç vaxt sönməsin, öləziməsin, əksinə daha da gurlansın, şöləsi çox-çox uzaqlara düşsün.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli və Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi də Vaqiflə Mustafazadə sənətinin əbədiyaşarlığından, bənzərsizliyindən söz açıblar.
Sonra gecəni açıq elan edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətinin rəhbəri Rahib Azəri Vaqif Mustafazadəyə həsr edilmiş tədbirlərdən söz açıb.
Vurğulayıb ki, bu gün bütün iştirakçılar bir ideya ətrafında birləşiblər. Onlar istəyirlər ki, Vaqif Mustafazadənin doğum günü, yəni 16-mart Azərbaycanda milli caz günü kimi tarixə çevrilsin.
Sonra tədbir əməkdar artist Mircavad Cəfərovun rəhbərlik etdiyi “Cəngi” caz qrupu konsert proqramı ilə davam etdirilib. Konsertdə Vaqif Mustafazadənin əsərləri səsləndirilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10